G-7 ölkələri bəyannamə imzaladı - Terrorizmə qarşı


01:02     27 May 2017 4500341.jpg

G-7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) liderləri terrorizm və ekstremizmlə mübarizəyə dair bəyannamə imzalayıblar.


Femida.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, sənəd bu gün İtaliyanın Taormin şəhərində başlayan G-7 ölkələrinin sammiti çərçivəsində imzalanıb.

“Bu, Mançesterdə baş verən terror hücumu ardından güclü həmrəylik, dostluq və birlik siqnalıdır. G7 ölkələri qəti şəkildə terrorla mübarizə aparmağa hazırdır”, deyə İtaliyanın baş naziri Paolo Centiloni bəyan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1322


Oxşar xəbərlər