Dövlət xəstəxanalarında pullu xidmət göstəriləcək - VİDEO
02:07 27 May 2017
Dövlət xəstəxanaları ilə yanaşı poliklinikalarda pullu xidmət göstərəcək. Bütün işlərə icbari tibbi sığortanın tətbiqi başa çatdıqdan sonra başlanılacaq. Hazırda pullu xidmətlərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməsi üçün Nazirlər Kabinetinə verilib.
Femida.az xəbər verir ki, qanunvericiliyin tələbinə uyğun olaraq, bütün dövlət tibb müəssisələri publik hüquqi şəxs olduqdan sonra bu qayda tətbiq ediləcək.Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyir ki,hazırda mərkəzi xəstəxanaların publik hüquqi şəxs olması üçün işlər aparılır.
Nazirlik rəsmisi qeyd edib ki, publik hüquqi şəxs olan tibb müəssisələrinin göstərəcəyi pullu xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir.Artıq bununla bağlı Nazirlik tərəfindən Nazirlər kabinetinə siyahıda verilib.
"Nazirlər Kabineti "Pullu xidmət növləri"ni təsdiqlədikdən sonra tariflər müəyyən ediləcək. Qiymətlərin müəyyənləşdirilməsi səlahiyyətini isə, Tarif Şurasına verilməsi nəzərdə tutulur.Bütün işlərə isə ölkədə icbari tibbi sığortanın tətbiqi yekunlaşdıqdan sonra başlanılacaq.
Femida.az
Oxunub: 1099
Oxşar xəbərlər
- Dövlət obyektləri internetdə satılacaq
- Dövlət bağçaları ilə bağlı yeni qaydalar təsdiqləndi
- Dövlət Agentliyinin rəhbərliyi formalaşdırıldı
- Dövlət başçıları İlham Əliyevi təbrik edir
- Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
- Dövlət qulluğunda işləmək şansı - Vakant vəzifələr
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - İMTAHAN OLACAQ
- Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - VƏZİFƏLƏR
- Dövlət Xidmətindən fermerlərə - Xəbərdarlıq