Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib


02:16     27 May 2017 konstitusiya%20mehk%20sok%20qerar.jpg

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.


Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Hom-Paş Prestij” şirkətinin məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun iyunun 20-nə təyin edilmiş iclasında baxılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 932