Aygün Kazımovaya DTX-da iş verildi - ÖZƏL


14:14     27 May 2017 aygun%20kazimova%201304.JPG


Xalq artisti Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) solisti təyin olunub.


Bu barədə məlumatı Femida.az-a xalq artisti özü də təsdiqləyib. O, açıqlamasında bildirib ki, artıq bununla bağlı rəsmi əmr də çıxıb.

Xatırladaq ki, xalq artisti Aygün Kazımova Dövlət Bayraq Meydanından start götürən “28 MAY - Respublika günü”nə həsr olunmuş yürüşdə iştirak edib. Daha sonra təşkil olunmuş konsert proqramında çıxış edib. Yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev də iştirak edib.


Miri Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 18986