• Ana səhifə / Manşet

Xəbər lenti

Silahları reklam etmək olarmı? – Hüquqi maarifləndirmə


Tarix 30.05.17, 11:44


Femida.az hüquqi maarifləndirmə mövzusunda layihəsini davam etdirir. Bu dəfə təqdim etdiyimiz mövzu silahların reklamı ilə bağlıdır.


Silahların, hərbi texnikanın, pirotexnika vasitələrinin reklamına qanun icazə verirmi?

Azərbaycanda reklam qaydaları Reklam haqqında Azərbaycan Respublikasının Qanununda öz əksini tapır.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərinə uyğun olaraq, reklamın sifarişi, istehsalı (hazırlanması) və yayımlanması sahəsində münasibətlərin, onlara dövlət nəzarətinin və tənzimləməsinin, həmçinin reklam sahəsində özünütənzimləmənin hüquqi əsaslarını müəyyən edir.

Həmin Qanunun 31.1. maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisində hərbi təyinatlı bütün növ silahların, onların komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, texnikanın (saxlanmasına və istifadəsinə icazə verilmiş ov və idman silahları istisna olmaqla) reklamı qadağandır.

31.2. maddədə qeyd olunur ki, Azərbaycan Respublikasının beynəlxalq və dövlətlərarası hərbi-texniki əməkdaşlığı çərçivəsində keçirilən tədbirlərdə və sərgilərdə hərbi təyinatlı silahların və texnikanın reklamı yerləşdirilə bilər.

31.3. Saxlanmasına və istifadəsinə icazə verilmiş ov və idman silahlarının reklamı yalnız ixtisaslaşmış çap nəşrlərində, bu silahların satışı, nümayişi və sınağı üçün xüsusi ayrılmış yerlərdə yerləşdirilə bilər.

Qanunda pirotexnik vasitələrin reklamı birbaşa qadağan edilir.Pirotexnik vasitələr dedikdə yüksək səslə müşayiət olunan partlayıcı vasitələr nəzərdə tutulur.


Miri Məcidli
Femida.az

Xəbərin oxunma sayı : 2947











Hüquq-mühafizə
img

Erməni kəşfiyyatçısını əsir götürən zabitin xanımı: `Vəzifədə cəmi bir gün işlədi`(VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img