• Ana səhifə / Manşet

Xəbər lenti

Sahibkarlara 150 milyon güzəştli kredit veriləcək


Tarix 02.06.17, 17:00


Azərbaycanda 2017-ci ilin birinci rübü ərzində 103 sahibkara 21,3 milyon manat güzəştli kredit verilib.


Femida.az-ın məlumatına görə, bunu İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Milli Məclisdə keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin “Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi” adlı seminarda deyib.

O qeyd edib ki, bu vəsait hesabına 400-dən çox yeni iş yeri yaradılacaq: “Bu il ərzində sahibkarlara ümumilikdə 150 milyon manat güzəştli kreditlərin verilməsi planlaşdırılır. Sahibkarlıq fəaliyyətinin dövlət təkmilləşdirilməsi və əlverişli biznes gücünün formalaşdırılması istiqamətində aparılan islahatların nəticələrinə əsasən 2017-ci ilin hesabatında Azərbaycan 190 ölkə arasında 62-ci pillədə qərarlaşıb, dünyada üç və daha çox islahat aparan 29 ölkədən biri olub”.

Xəbərin oxunma sayı : 709









img

Azərbaycanlı atasının 40 mərasimini vermədi - Kambocaya su çəkdirdi

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img