• Ana səhifə / Manşet

Xəbər lenti

Borca görə şəxsiyyət vəsiqəniz girov saxlanıla bilməz – Hüquqi yardım


Tarix 09.06.17, 11:00


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə təqdim edəcəyimiz mövzu girov qoyulan şəxsiyyət vəsiqələri ilə bağlıdır.


Adətən müxtəlif xidmət sahələrində və yaxud ticarət obyektlərində, müəyyən xidmətin göstərilməsi üçün şəxsiyyət vəsiqəsinin girov qoyulması tələb edilir. Misal üçün, şəhərin müəyyən ərazilərində velosipedlər icarəyə verilir. Ödəniş edirsən və velosiped müəyyən müddətə sənin istifadənə verilir. Həmin velosipedləri icarəyə götürüb sürmək üçün şəxsiyyət vəsiqəsini girov qoymağı tələb edirlər.

Şəxsiyyət vəsiqəsinin götürülməsi borc məsələlərində də geniş yayılıb. Belə ki, borclu şəxs borcu ödəmədiyi halda qarşı tərəf vəsiqəni alır və girov saxlayır.

Şəxsiyyət vəsiqəsinin girov kimi saxlanılması qanunidirmi?

Mövzu ilə bağlı Femida.az-a açıqlama verən vəkil Asif Abdullayev bildirib ki, bu hərəkətlər qanunaziddir və cərimə ilə nəticələnə bilər.





Vəkil həmçinin qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 567-ci maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin qanunsuz alınmasına və ya girov götürülməsinə görə - beş tüz manatdan səkkiz yüz manatadək cərimə nəzərdə tutulur.

Şəxsiyyət vəsiqəsi qanunsuz saxlanılan vətəndaş nə etməlidir?

Şəxsiyyət vəsiqəsi qanunsuz götürülən və yaxud girov saxlanılan şəxs bu barədə şikayət ərizənizi həmin ərazi üzrə prokurora yazmalıdır. İnzibati Xətalar Məcəlləsinə əsasən, bu qanun pozuntusuna dair işlər üzrə icraat prokuror tərəfindən başlanılır.


Miri Məcidli
Femida.az


Xəbərin oxunma sayı : 3250









Hüquq-mühafizə
img

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img