• Ana səhifə / Manşet

Xəbər lenti

Hamı adının qarşısına `Mir` artıra bilər – Hüquqşünasdan açıqlama


Tarix 12.06.17, 15:38


Yeni körpə dünyaya gələn zaman ən çox müzakirəyə səbəb olan məsələlərdən biri də adın verilməsidir. Təbii ki, adların verilməsi də müəyyən qanunlara əsaslanır.


Femida.az adların verilməsi, onların dəyişdirilməsi və sonluqların əlavə edilməsi barədə araşdırma aparıb.

Qoyulacaq adların siyahısı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının hazırladığı lüğətdə öz əksini tapıb. Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarında “Adın, ata adının, soyadın verilməsi və dəyişdirilməsi ” qaydaları qeyd olunub.

Bundan əlaqə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nda və Mülki Məcəllənin 26.4 maddəsində fiziki şəxslərin adlarının dəyişdirilməsi qaydası nəzərdə tutulub.



Hüquqşünas Nicat Gözəlov Femida.az-a qaydaları şərh edərkən bildirib ki, adı verərkən iki qayda nəzərə alınmalıdır. Birincisi adın mənası olmalıdır, ikincisi də adın özündə təhqir olmamalıdır.

Hüquqşünas həmçinin qanunla qoyulması qadağan edilən adlar barədə də açıqlama verib. Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilməyən 217 adı da açıqlayıb.

Həmin adlar bunlardır:

Ansambl, Alak, Boran, Bədil, Bircan, Bəzək, Əbabil, Əyar, Əyyar, Əbi, Əda, Əcəb, Əbiş, Əhya, Ələs, Əlim, Əmanət, Ərəb, Ərçə, Əyalət, Əyal, Ətir, Dəxil, Dalğın, Dilənçi, Dəfinə, Cicigül, Cərulla, Cığa, Cazibə, Carçı, Camo, Canrübə, Canəssa, Cılğız, Çervon, Çələng, Düymə, Fağır, Fərmayiş, Faiz, Fakir, Fani, Fatı, Fəti, Gerçək, Gorus, Güldan, Gülməşəkər, Hambal, Haqq, Həddad, Həkkak, Həmdəm, Həmzat, Xadim, Xeyirxah, Xınalı, Xülqi, İstək, İşıqlı, Ehsan, Katib, Kazbek, Keştazlı, Kiçik, Kimyagər, Kişmiş, Kobar, Kosa, Kotal, Qocaman, Quşdan, Limonad, Portağal, Şüşəbənd, İstəkan, Türmə, Tutma, Kolxoz, Sovxoz, Komsomol, Traktor, Mayor, Meyvə, Məmiş, Mutu, Nahaq, Nakam, Narbuğda, Narkom, Naynay, Naznay, Nazsəhər, Nənə, Nəşə, Nənəş, Nuh, Nuhu, Nurbuğda, Nurmeyvə, Nurnar, Nuruş, Oxçu, Oktaedr, Oktaş, Oktürk, Okuş, Ordu, Ovçu, Padar, Padər, Pakay, Paksoy, Palavand, Pambıq, Parlaq, Payız, Paynaz, Payzər, Pekşən, Pektürk, Peykər, Pişnamaz, Prikaz, Pullu, Pulluzər, Rakit, Rayət, Raykom, Rəftar, Rəğbət, Rəyasət, Ruzbeh, Saat, Saatzər, Sabah, Salamat, Salavat, Saniyə, Saylı, Sədr, Səməni, Səndəlxatun, Səngər, Sərxoş, Səviyyə, Səyahət, Sınaq, Sırğa, Sırğagül, Sofu, Solğun, Sonamö, Soraq, Sovet, Soyuz, Şəkil, Şənlik, Şərqli, Şubay, Şura, Tafta, Talış, Tanıq, Tanrıqulu, Taray, Tarif, Tarzən, Tayfun, Teley, Telıx, Tello, Teloş, Telşan, Təbib, Təbiət, Təbrik, Təhsil, Təqdim, Təqdir, Tənha, Təpər, Tərəqqi, Təşəkkül, Təşəkkür, Təzə, Tiflis, Tiflisə, Tila, Tinə, Toylu, Tövsiyyə, Tufan, Tumar, Tükən, Uçqun, Ufaq, Urvat, Usta, Ustad, Utku, Uyar, Üqba, Ümeyya, Ünvan, Vilan, Vladlen, Vlas, Volodya, Yaraşıq, Yelizar, Yolçu, Yonca, Yüzbaşı, Zalikə, Zemkom.

Hüquqşünas Nicat Gözəlov son günlər böyük müzakirə mövzusuna çevrilən seyidlik vəsiqəsi xəbərinə də hüquqi cəhətdən şərh verib.

Onun sözlərinə görə, bu vəsiqənin heç bir hüquqi əsası yoxdur. Bu səbəbdən də vəsiqəni verən şəxs nə mülki, nə cinayət, nə də inzibati məsuliyyət daşıyır.

Qeyd olunan məsələ ilə bağlı daha bir məqam var. Seyidlik vəsiqəsi alan Elnur Tağıyev adının qarşısında Mir önlüyünün olmadığından bu addımı atdığını bildirib. Femida.az bu faktla bağlı hüquqşünasın mövqeyini öyrənib.

Hüquqşünas Nicat Gözəlov qeyd edib ki, istənilən şəxs adının ön hissəsinə Mir önlüyünü əlavə edə bilər. Qanunvericilikdə qeyd olunur ki, 18 yaşına çatmış şəxs adını, soyadını dəyişə bilər. Qanun yalnız bir dəfə buna icazə verir. Adını dəyişən şəxs Mir başlığı ilə olan istənilən adı özünə götürə bilər. Qanunda bununla bağlı hər hansı bir qadağa yoxdur.


Miri Məcidli
Femida.az

Xəbərin oxunma sayı : 9412









img

Azərbaycanlı atasının 40 mərasimini vermədi - Kambocaya su çəkdirdi

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img