Ordumuz düşmənə qumbaraatanla cavab verdi - 3 düşmən əsgəri məhv edildi


04:03     17 İyun 2017 ermeni%20aparilir%2025.jpg

Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində 3 erməni əsgəri öldürülüb.


Femida.az -ın "news.am" saytına istinadən verdiyi məlumata görə, Dağlıq Qarabağda öldürülən əsgərlər 1997-ci il təvəllüdlü Araik Matinyan, Viqen Petrosyan və Vardan Sarqsyandır.

Onların qumbaraatanlardan açılan atəş nəticəsində öldüyü bildirilir.

Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən hərbi qulluqçumuz Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.

Femida.az işğalçı ölkənin məhv edilən əsgərlərinin fotolarını təqdim edir:



(Viqen Petrosyan)




(Araik Matinyan)



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 12305