• Ana səhifə / Manşet

Xəbər lenti

Medalını almadan şəhid oldu - Özü də 3 əsgəri xilas edibmiş


Tarix 17.06.17, 13:48


“Ötən gün düşmən təxribatının qarşısı alınarkən şəhid olan hərbi qulluqçumuz Sultan Şahvələdov bu il fevral ayının 9-da Murovdağda qar uçqununa düşən 3 əsgərin həyatını xilas edib”.


Femida.az xəbər verir ki, bu barədə AzVision.az-a Qusar Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, göstərdiyi şücaətə görə hərbi hissə rəhbərliyi S.Şahvələdovun mükafatlandırılmasına dair Müdafiə Nazirliyinə təqdimat göndərib.

“Təəssüf ki, medalı sağlığında ala bilmədi. Çünki, medal 26 iyun Azərbaycan Silahlı Qüvvəlləri günü ona təqdim ediləcəkdi. 23 yaşlı Sultan Şahvələdov Rusiyada ali təhsil alsa da, hərbi xidmətini vətəni Azərbaycanda keçməyi özünə borc bilib. Ailənin 3-cü övladı olub. Sultan vətənpərvər gənc idi. Vətənini canından çox sevirdi”.

Qeyd edək ki, Şahvələdov Sultan Niyaz oğlu ötən gün Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olub.

Şəhd hərbçimiz Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 1994-cü il təvəllüdlü, şəhid Sultan Şahvələdovundəfn mərasimi baş tutduqdan sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.

Xəbərin oxunma sayı : 37381









Cəmiyyət
img

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img