• Ana səhifə / Manşet

Xəbər lenti

DİN narkotik əməliyyatı keçirdi


Tarix 17.06.17, 19:24


Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat-axtarış tədbirləri həyata keçirilib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi (RPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən paytaxt sakini əvvəllər məhkum olunmuş Kamran Əmirxanov Buzovna qəsəbəsində idarə etdiyi avtomobili maneəyə vurduğu üçün saxlanılıb.

Sürücünün özünü şübhəli davranışları yol polislərinin diqqətindən yayınmayıb. Bu səbəbdən K.Əmirxanov idarə etdiyi avtomobillə birlikdə idarəyə gətirilib. Onun avtomobilinə baxış zamanı avtomobilin salonunda gizlədilmiş 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və avtobilində gizlətdiyini etiraf edib.

Xəzər RPİ əməkdaşlarının keçirdikləri digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həmid Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Onun əlindəki sellofan torbaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 720 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İstintaq zamanı məlum olub ki, H.Əliyev marixunanı yaş halda əldə edib və bir neçə gün saxlayıb qurudandan sonra yaşadığı Binə qəsəbəsinə aparan zaman polislər tərəfindən saxlanılıb.

Qeyd edilən faktlarla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Femida.az

Xəbərin oxunma sayı : 643









img

Azərbaycanlı atasının 40 mərasimini vermədi - Kambocaya su çəkdirdi

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img