16 yaşlı məktəbli məktub yazaraq intihar edib


02:50     19 İyun 2017 intihar%20%20w.jpg

Bir həftə əvvəl Sumqayıtda məktəblinin intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.


Məlumata görə, 2-ci mikrorayonda yaşayan 16 yaşlı Əhmədov Ülvi Vüqar oğlu özünü yaşadığı evdə asmamışdan əvvəl sinif yoldaşları ilə əlaqə saxlayıb.

Sumqayıtdakı internat tipli gimnaziyanın fars-ingilis dili təmayülünün 11-ci sinif şagirdi olan və bu il orta təhsili başa vurmalı olan Ülvi sinif yoldaşlarını yaşadığı evə dəvət edib. Ülvi Əhmədov sinif yoldaşlarına deyib ki, onlara sürpriz hazırlayır.

Bildirilir ki, məhz bu söhbətdən sonra məktəbli oğlan məktub yazıb və daha sonra özünü asaraq həyatına son qoyub. O, məktubunda “Son Zəng olmayacaq” sözlərini qeyd edib.

16 yaşlı oğlanın hansı səbəbdən belə bir plan hazırlaması, sinif yoldaşlarını çağırması və həyatına son qoyması hələlik tam aydınlaşmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (Lent.az)



Femida.az

Açar sözlər:

Oxunub: 4686