• Ana səhifə / Manşet

Xəbər lenti

Ordumuz hazır vəziyyətə gətirildi - 23 min nəfərlik heyyətlə


Tarix 19.06.17, 9:43


Bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiqlədiyi plana əsasən, döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.



Femida.az -ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Təlimlər iyunun 24-dək davam edəcək.

Femida.az

Xəbərin oxunma sayı : 5467









Cəmiyyət
img

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img