Bakının mərkəzində su olmayacaq - XƏBƏRDARLIQ


14:15     19 İyun 2017 su%20kesilecek7.jpg

Bu gün Bakının bəzi mərkəzi küçələrində suyun verilişində məhdudiyyətlər olacaq.


“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar iyunun 19-da saat 11:00-dən 18:00-dək Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 2719