Arvad ərini baltaladı - Göyçayda dəhşət
14:59 19 İyun 2017
Göyçay rayon sakinini qətlə yetirən şəxsin kimliyi məlum olub.
Femida.az Apa-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Çərəkə kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun yaşadığı evin həyətində meyiti tapılıb. Onun bıçaq və balta ilə öldürüldüyü bildirilir. Sadiq Musayevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.
Kənd sakinlərinin sözlərinə görə, 4 uşaq anası olan Arzu Musayeva dünən hadisə baş verəndən az sonra Göyçay rayon Polis Şöbəsinə aparılıb və hazırda orda dindirilir.
Onun ərini hansı səbəbdən qətlə yetirdiyi hələ ki, məlum deyil. Qonşuların sözlərinə görə, ailədə tez-tez münaqişə baş verib. Sadiq Musayevin çoban olduğu, eyni zamanda fəhlə kimi çalışdığı bildirilir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 1813
Oxşar xəbərlər
- Arvadının cehizini oğurlayıb satdı - Bakıda
- Arvadının gözləri qarşısında öldürdülər
- Arvadının başını kəsib ölkədən qaçmaq istədi - Bakıda dəhşət
- Arvadına zəng edən şəxsi döydü, lüt soyundurdu, sonra... - Kürdəmirdə İNANILMAZ OLAY
- Arvadını və 4 qızını öldürən qatil ataya ən ağır cəza veriləcək
- Arvadını və 4 qızını öldürüb həyətdə basdırıb - Salyanda DƏHŞƏTLİ QƏTL
- Arvadını döyüb xəstəxanalıq etdi
- Arvadını öldürüb qaçıran şəxs tutulub
- Arvadını boğub öldürmüşdü - Cəzası azaldıldı
- Arvad ərini baltalayaraq öldürdü - BAKIDA DƏHŞƏT