Kolumbiyanın xarici işlər naziri rayonlara səfər edib


15:07     19 İyun 2017 maria%20angela3.jpg

Kolumbiya Respublikasının xarici işlər naziri xanım Mariya Anxela Olgin tanışlıq məqsədilə Qəbələ və İsmayıllı rayonlarına səfər edib.


Qonağa Qəbələ rayonunda istehsal müəssisələrinin fəaliyyəti barədə məlumat verilib. “Beltmann” piano fabriki ilə tanış olan nazirə bildirilib ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrikdə ildə 1200-1500 piano istehsal etmək mümkündür.

Sonra M. A. Olgin Qəbələ konserv zavodu, “Qəbələ-Qida Şəhərciyi” ilə tanış olub. Ona rayonda sosial-iqtisadi inkişaf proqramları çərçivəsində həyata keçirilən müxtəlif layihələr, rayonun turizm və kənd təsərrüfatı sahəsindəki potensial imkanları, son illər həyata keçirilən infrastruktur layihələri çərçivəsində Qəbələyə səfər edən turistlərin sayının artım dinamikası haqqında məlumat verilib.

Daha sonra nazir İsmayıllı rayonun Lahic qəsəbəsinə səfər edib.

Femida.az

Açar sözlər:

Oxunub: 445