• Ana səhifə / Manşet

Xəbər lenti

Yardımlıda tələbələr sərhəddə gərginlik yaratdı - Aralarında qadın da var


Tarix 19.06.17, 11:52


13.06.2017-ci il tarixdə saat 23:30 radələrində Yardımlı ra­yo­nunun Alar kənd ərazi­sin­dəki sərhəd zastavasının xidməti sa­hə­sin­də Azərbaycandan İrana dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Banqladeş Xalq Respublikası vətən­daş­ları, 1991-ci il təvəllüdlü Amin MD Tacul, 1985-ci il təvəllüdlü Muham­mad Bahauddin və onlara bələdçilik edən İran İslam Respublikası vətən­daşı 1963-cü il təvəllüdlü Həsənli Fateh Həmid oğlu saxlanılıb.


DSX-nin mətbuat mərkəzindən Femida.az-a verilən məlumata görə, sərhəd pozucu­ları­nın dövlət sərhədindən keçiril­mə­sinə vasitəçilik edən Azərbaycan Res­pub­likası vətən­daşı Yar­dımlı rayonu Arvana kənd sakini Sətiyev Şəhriyar Əvəz oğlu ha­disə yerin­dən qaçmağa müvəffəq olsa da, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sax­lanıl­ıb. İlkin araşdırma zamanı Banqladeş Xalq Respublikası vətəndaşlarının «Odlar Yurdu» və «Qərb» universitetlərinin tələ­bə­ləri olması müəyyən­ləşdirilib.



Həmin tarixdə saat 23:50 radələrində Cəlilabad ra­yo­nunun Əsədli kənd ərazi­sin­­dəki sərhəd zastavasının xidməti sa­hə­sin­də İrandan Azərbaycana dövlət sərhədinin pozul­ması əlamətləri aşkarlanıb. Fakt üzrə keçirilmiş əməliy­yat-axtarış tədbirləri nəticə­sin­də sərhəd pozucusunu qarşıla­maq üçün əraziyə gəlmiş Cəlilabad rayonunun Musalı kənd sakinləri Gözəlov Daxil və Şixəli Əhməd oğlu qardaşları, daha sonra isə sərhəd pozucusunun özü, 1980-cı il təvəllüdlü Gözəlova Aynur Əhməd qızı saxlanılaraq istintaqa cəlb olunublar. Araşdırma zamanı sərhəd pozucusunun 2007-ci ildən Türkiyədə məskunlaşması, müvafiq sənədləri olmadığından 2017-ci ilin iyun ayının əvvəllərində vətənə qayıt­maq üçün Türkiyə sərhədini pozaraq İrana, oradan isə Azərbaycan Respublikasına keç­məsi müəyyənləş­dirilib.

Hər iki fakt üzrə cinayət işi başlanmışdır və əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Femida.az

Xəbərin oxunma sayı : 3307









img

Azərbaycanlı atasının 40 mərasimini vermədi - Kambocaya su çəkdirdi

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img