Bu marşrutlar gecə 2-yədək işləyəcək


16:08     19 İyun 2017 1444997322_novye_avtobusy_01.jpg

Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar olaraq 23-25 iyun tarixlərində 3 marşrut xətti üzrə avtobuslar 20 saatlıq iş rejimində işləyəcək.


Bakı Nəqliyyat Agentliyindən Femida.az-a daxil olan məlumata görə, "Bakı Şəhər Halqası" Əməliyyat şirkətinin müraciətinə əsasən yarış günlərində tədbirlərdə iştirak edəcək şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-dək sərnişinlərə xidmət göstərəcək.

Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarının icrası ilə bağlı 5, 53 və 65 nömərli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu da ünvanlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2339