Müdafiə naziri həmsədrlərlə görüşüb


17:12     19 İyun 2017 mudaf.jpg

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 19-da ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.


Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki əməliyyat şəraiti müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 905