`Prezidentlər sülhün tərəfdarıdır` - Rusiyalı həmsədr


18:23     19 İyun 2017 iqor-popov-3.jpg


"Siyasi dialoqun bərpası ilə bağlı biz həm Bakı, həm də İrəvanda müzakirələr aparmışıq. Bu müzakirələr nəticəsində belə qənaətə gəlmək olar ki, hər iki ölkənin prezidenti sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır"


Femida.az xəbər verir ki, bunu Bakıda ATƏT-nın Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

Rusiyalı həmsədr bildirib ki, ATƏT-nın Minsk qrupu münaqişə tərəfləri arasında siyasi dialoqun davam etdirilməsinə ümid edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1205