• Ana səhifə / Manşet

Xəbər lenti

Bu yolun tikintisi yekunlaşır


Tarix 19.06.17, 14:49


Abşeron yarımadasının şimal hissəsində, sahil boyu salınan və 12,7 km uzunluğunda olan Novxanı-Pirşağı avtomobil yolundan işlər artıq yekunlaşır.


"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən Femida.az-a verilən məlumata görə, sahil yolunun inşası zamanı bəzi ərazilərdə mövcud yolun eni böyüdülüb. Belə ki, avtomobil yolunun həm Novxanı, həm də Pirşağı qəsəbələrindən keçən hissəsində yolun eni 3-4 metrdən 9 metrə qədər genişləndirilib.

Bəzi ərazilərdə isə yol yeni tras üzrə inşa olunub. Bunun üçün yeni yolun keçdiyi ərazilərə, xüsusən çökəklik sahələrə karbonat materialı tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bundan başqa yol boyu maneələr sökülüb, kommunikasiya xətləri də köçürülüb.

Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı olan yolun hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0,75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1,5 metr enində piyada səkiləri də tikilib, 50 min p/m səki daşı düzülüb. Piyada səkinin hərəkət hissəsində asfaltlanma işləri görülüb.

Hazırda yolun son 2 kilometrlik hissəsinin asfaltlanması işləri də bitmək üzrədir. Ümumilikdə isə 3 qat olmaqla 20 santimetr qalınlığında və 115 min kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Tikinti işlərinə uyğun olaraq nəzərdə tutulmuş sayda, daha dəqiqi zəruri olan yerlərə 165 ədəd yol nişanı və 29 ədəd məlumatverici lövhə quraşdırılıb, yolda 5 min kvadratmetr üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.

Azərbaycan prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, bu il reallaşdırılacaq 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan Novxanı-Pişağı avtomobil yolunun tikintisi "Azəravtoyol" ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılır.

Qeyd edək ki, yeni avtomobil yolu Sumqayıt-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəlişİ təmin edəcək. Bu isə öz növbəsində paytaxt Bakının avtonəqliyyat sıxlığının azalmasına öz müsbət təsirini göstərmiş olacaq.

Femida.az

Xəbərin oxunma sayı : 904











Cəmiyyət
img

Erməni kəşfiyyatçısını əsir götürən zabitin xanımı: `Vəzifədə cəmi bir gün işlədi`(VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img