Şəmkir sakinindən narkotik götürülüb
22:02 19 İyun 2017
Şəmkirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kür qəsəbə sakini Eldəniz Tağıyev saxlanılıb.
Həmin şəxsin yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 2 kiloqrama yaxın olan 108 ədəd narkotik tərkibli bitkilər aşkarlanıb.
Bundan başqa, E.Tağıyevin evində istifadə üçün hazır olan qurudulmuş marixuana və çətənə kollarının toxumu da aşkar edilərək götürülüb. Saxlanılan şəxs dibçəklərdə və digər xırda tutumlu qablarda xüsusi aqrotexniki qaydada əkdiyi narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün becərdiyini deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, istintaq aparılır.
Femida.az
Oxunub: 671
Oxşar xəbərlər
- Şəmkirdə itkin düşən azyaşlılar tapıldı
- Şəmkirdə azyaşlı bacılar itkin düşüb
- Şəmkirdə məktəb yandı
- Şəmkirdə 45 yaşlı qadın intihar etdi
- Şəmkirdə iki maşın toqquşub
- Şəmkirdə piyda vurduldu
- Şəmkirdə partlayış - Ana və oğlu xəsarət alıb
- Şəmkirdə ev yanıb
- Şəmkirdə 4 otaqlı ev yanıb
- Şəmkirə 10,1 milyon manat ayrılıb