Alimin dələduzluqda təqsirləndirilən oğlunun məhkəməsi başlayıb


22:13     19 İyun 2017 1442557655_mehkeme-zali.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Femida.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 23-nə təyin edilib.

Qeyd edək ki E. Quliyev “İG Academy” xaricdə təhsil şirkətinin rəhbəri olub. O, bir neçə nəfərə xaricdə təhsil alması üçün xidmətlər göstərəcəyini vəd edərək dələduzluq edib. Onun 200 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir.

E.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

E.Quliyev tanınmış riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin oğludur.

Femida.az

Açar sözlər:

Oxunub: 777