Hərbi hissələrdə yeni taksofonlar quraşdırılacaq


00:39     20 İyun 2017 411.jpg

““Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi Bakıda yerləşən hərbi hissələrdə taksofonların sayını artıracaq".


Femida.azxəbər verir ki, bunu Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

Məlumatda qeyd olunur ki, taksofonlar həmçinin azadlıqdan məhrum etmə müəssisələrində quraşdırılacaq.

Mənbə bildirib ki, bu zonalarda taksofonlara tələbat çox böyükdür.

Qeyd edək ki, hazırda “Bakı Telefon Rabitəsi” xidmət dairəsinə 355 taksofon fəaliyyət göstərir.

Açar sözlər:

Oxunub: 1623