• Ana səhifə / Manşet

Xəbər lenti

Bu yollarda işıqforlar söndürüləcək


Tarix 19.06.17, 20:58


Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakıda keçiriləcək “Formula-1" Azərbaycan Qran Pri yarışı ilə əlaqədar 19-26 iyun tarixlərində bəzi küçə və prospektlərin kəsişmələrində quraşdırılan siqnal kontrollerlərinə "sarı döyünən işıq" və "işıqforun söndürülməsi" siqnal əmri tətbiq edilib.


Bakı Nəqliyyat Agentliyindən Femida.az -a verilən məlumata görə, həmin günlər Azərbaycan prospekti-Əziz Əliyev küçəsi, Əziz Əliyev küçəsi - Neftçilər prospekti, Bülbül prospekti- Neftçilər prospekti, Üzeyir Hacıbəyov küçəsi - Rixard Zorge küçəsi, Üzeyir Hacıbəyov küçəsi - Aleksandr Puşkin küçəsi, Üzeyir Hacıbəyov küçəsi - Azadlıq prospekti, Rəşid Behbudov küçəsi - Üzeyir Hacıbəyov küçəsi, Bülbül prospekti- Üzeyir Hacıbəyov küçəsi, Rəşid Behbudov küçəsi - Zərifə Əliyeva prospekti, Bülbül prospekti - Zərifə Əliyeva küçəsi, Səməd Vurğun küçəsi - Zərifə Əliyeva prospekti, Bülbül prospekti - Əfsələddin Xəqani küçəsi, Rəşid Behbudov küçəsi - Əfsələddin Xəqani küçəsi, Azadlıq prospekti - Əfsələddin Xəqani küçəsi, Aleksandr Puşkin küçəsi - Əfsələddin Xəqani küçəsi, Aleksandr Puşkin küçəsi - Nizami Gəncəvi küçəsində "işıqforun söndürülməsi" siqnal əmri tətbiq ediləcək.

Bu günlər ərzində həmçinin Üzeyir Hacıbəyov küçəsi - Keykab Səfərəliyeva küçəsi, Azadlıq prospekti - Nizami Gəncəvi küçəsi, Bülbül prospekti- 28 May küçəsi, 28 May küçəsi - Aleksandr Puşkin küçəsi, Bülbül prospekti - Şəmsi Bədəlbəyli küçəsi, 28 May küçəsi- Keykab Səfərəliyeva küçəsi, 28 May küçəsi- Rixard Zorge küçəsi, Səməd Vurğun küçəsi - Üzeyir Hacıbəyov küçəsi, Bünyad Sərdarov küçəsi- Səid Rüstəmov küçəsində "döyünən işıq" siqnal əmri tətbiq ediləcək.

Xəbərin oxunma sayı : 226









Cəmiyyət
img

Azərbaycanlı atasının 40 mərasimini vermədi - Kambocaya su çəkdirdi

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img