Azərbaycan 48-ci, Ermənistan isə autsayder oldu
01:22 20 İyun 2017
Gürcüstan "Kibertəhlükəsizlik 2017 üzrə qlobal indeksi"ndə 8-ci yeri tutub.
Femida.az xəbər verir ki, bu, Beynəlxalq Elektrik Rabitəsi İttifaqı (ITU) hesabatında qeyd edilib.
Kibertəhlükəsizlik üzrə qlobal indeks üzv dövlətlərin kibertəhlükəsizliyə meyilliyini yoxlayan sorğudur. İndeks 193 ölkəni birləşdirir. Ölkələr bu indeks üzrə beş əsas göstərici üzrə qiymətləndirilir: qanunvercilik bazası, texniki məlumatlar, təşkilatı məsələlər, keyfiyyətin yüksəldilməsi və kooperasiya. Gürcüstanda qanunvericilik bazası 0,91, texniki məlumatlar 0,77, təşkilati məsələlər 0,82, keyfiyyətin yüksəlməsi 0,9, kooperasiya isə 0,7 bal qiymətləndirilib.
Qeyd edək ki, həmin siyahıda Rusiya 10, Türkiyə 43, Azərbaycan isə 48-ci sıradadır. Ermənistan isə reytinqdə autsayder olub (111-ci yer). Əfqanıstan, Özbəkistan, Zimbabve, Liviya, Bosniya və Hersoqoviya ilə yanaşı, Ermənistan kibertəhlükəsizliyin yenicə yarandığı ölkələr siyahısına düşüb. Siyahıda ilk yerdə Sinqapur, daha sonra ABŞ və Malayziya qərarlaşıb.
Oxunub: 2046
Oxşar xəbərlər
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycan dili dünyanın çətin dillərindən biri seçildi
- Azərbaycan domenində saytların sayı artıb
- Azərbaycana nə qədər turist gəlib? - SON STATİSTİKA
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanlı gənclərdən İrana dəstək aksiyası - Tbilisidə
- Azərbaycan əhalisinin əsas gəlir mənbəyi - Rəsmi Statistika