Özünü ağacdan asdı


02:21     20 İyun 2017 asdi1.jpg

Balakəndə intihar olub.


Femida.az -ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Mahamalar kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Müşfiq Mehdi oğlu Şirinov kənd ərazisində ağacdan özünü asıb. M. Şirinovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da, onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Balakən rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 781