ABŞ-dan Rusiyaya qarşı YENİ SANKSİYALAR


01:29     21 İyun 2017 usa-russia-tillerson.jpg

ABŞ hökuməti Donbasdakı vəziyyətlə bağlı Rusiya və Ukraynanın 38 fiziki və hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edib.


“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

Nazir bildirib ki, bu tədbirlər Moskvanın problemin diplomatik yolla həlli istiqamətində işlər görməsi üçün Rusiyaya təzyiqi qoruyub saxlayacaq: “ABŞ administrasiyası Ukraynanın suverenliyinə zəmanət verən diplomatik prosesə sadiqdir. Rusiya Minsk razılaşmalarını icra etməyənədək sanksiyalar aradan qaldırılmayacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 1466