NATO-nun qırıcısı Şoyqunun təyyarəsini təqib edib


18:28     21 İyun 2017 soyqu%20putin%20azv.jpg

NATO qırıcısı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa cəhd edib.


Femida.az xəbər verir ki, APA-nın TASS-a istinadən məlumatına görə, hadisə rusiyalı nazirin Baltik dənizinin neytral suları üzərindən uçarkən baş verib.

Kalininqrada gedən S. Şoyqunun olduğu təyyarəni dəniz aviasiyasına məxsus SU-27 qırıcı təyyarələrdən ibarət mühafizə dəstəsi müşayiət edib.

Bu vaxt NATO qırıcılardan biri müdafiə nazirinin təyyarəsinə yaxınlaşmağa cəhd edib.

Lakin onların arasına keçən mühafizə dəstəsindəki SU-27 qırıcısının pilotu təyyarədəki silahları nümayiş etdirərək atəş açacağı barədə xəbərdarlıq edib.

Bundan sonra NATO qırıcısı hadisə yerindən uzaqlaşıb.

Açar sözlər:

Oxunub: 2056