Rusiya səfiri XİN-ə çağırılıb


20:42     21 İyun 2017 bfa2e596-d5f8-4daa-b524-e9fa0ff6889f.jpg

Rusiyanın İsveçdəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.


"RİA Novosti"nin yaydığı xəbərə görə, buna səbəb Rusiyanın "Su-27" qırıcısının İsveçin hərbi təyyarəsini müşayiət etməsidir.

İsveç Silahlı Qüvvələri "Su-27" qırıcı təyyarəsinin iyunun 20-də Baltik dənizi üzərində beynəlxalq hava məkanında çox yaxın məsafədə İsveç hərbi təyyarəsini müşayiət etdiyini açıqlayıb.

Eyni zamanda, isveçlilərin uçuşlarının Rusiya təyyarələri tərəfindən identifikasiyasının adi hal aldığı qeyd olunub. İnsident barədə ölkə rəhbərliyinə məlumat verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1522