Sirkə turşusu içdi


00:49     22 İyun 2017 1441444832_sirke_2ru73646646.jpg

Ağstafa rayonunda 24 yaşlı qadın intihara cəhd edib.


Məlumata görə, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Aysel Mayis qızı Bağırova yaşadığı evdə sirkə turşusu içərək həyatına qəsd etməyə cəhd göstərib. O, yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Report)

Açar sözlər:

Oxunub: 811