Göyçayda zəncirvari yol qəzası baş verib


01:26     22 İyun 2017 1419625164_qeza-cenubnews-55.jpg

Göyçay şəhərində 3 minik avtomobili toqquşub.


Femida.az xəbər verir ki, APA-nın məlumatına görə , hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Yol ayrıcında “Mercedes”, “VAZ 2107” və “VAZ 21015” markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 926