Həbsxanaya narkotik keçirəndə tutuldu


01:42     22 İyun 2017 hebsxana17.jpg

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinə və 5 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə gətirilməsi cəhdinin qarşısı alınıb.


Xidmətdən Femida.az -a verilən məlumata görə, 1978-ci il təvəllüdlü, Salyan şəhər sakini Cəfər Vaqif oğlu Quliyevin üzərinə baxış keçirilən zaman cibindən 2 ədəd sellofan bükülüdə, çəkisi 8.816 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallara əsasən Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 650