Abşeronda gənclər arasında dava - Bıçaqlanan var


13:20     22 İyun 2017 bicaq55.jpg

Abşeron rayonunun Corat qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Femida.az report-a istinadən bildirir ki, 1989-cu il təvəllüdlü Bakı sakini Gözəlov Orxan Mobil oğlu iki nəfər tanışı ilə əlbəyaxa dava nəticəsində bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 914