Mingəçevirdə iki maşın toqquşdu: 4 nəfər yaralanıb


13:36     22 İyun 2017 qeza%20yeni4.jpg

Axşam saatlarında Mingəçevirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Samux küçəsində "VAZ-2104" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə zamanı "VAZ-2104"ün sürücüsü, 1969-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Zeynal Alaş oğlu Allahverdiyev, "VAZ-2107"in Yevlax rayonunun Havarlı kəndindən olan sərnişinləri - 1998-ci il təvəllüdlü Dilbazi Muxtar oğlu Heydərov, 1999-cu il təvəllüdlü Yasin Göyüş oğlu Çuqayev və 1997-ci il təvəllüdlü Müslüm Taleh oğlu Hüseynov ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyəti sabitdir.
Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 617