Neft kəskin ucuzlaşdı


13:59     22 İyun 2017 1427524243_neft.jpg

Dünya birjalarında neft bahalaşıb.

Femida.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,02 dollar və ya 0,05% artaraq 42,55 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,02% artaraq 44,83 dollar olub.

Beləliklə, Brent markalı neftin qiyməti ötən ilin noyabr ayından etibarən 45 dollardan aşağı enib. ABŞ-da neft hasilatının artması neftin ucuzlaşmasını sürətləndirib. ABŞ-da sutkalıq neft hasilatı 20 min barel artaraq 9,35 mln. barelə çatıb ki, bu da 2015-ci ilin aprel ayında qeydə alınan rekord göstəricinin təkrarlanmasından xəbər verir.

Femida.az

Açar sözlər:

Oxunub: 757