Ana və 40 günlük körpəsinin qətli ilə bağlı AÇIQLAMA


16:05     22 İyun 2017 2015-04-18-13-48-08din-nazirlik-full-liderxeber-6401.jpg

Daxili İşlər Nazirliyi (DİN) Daşkəsəndə ana və 40 günlük körpəsinin qətli ilə bağlı məlumat yayıb.

Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 21-də Daşkəsən rayonunun Şahvələdli kəndində kənd sakini Kamilə Məmmədovanın və 40 günlük qızının küt alətlə qətlə yetirilən meyitləri evlərində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən K.Məmmədovanın əri, əvvəllər məhkum olunmuş Raqif Ələkbərov tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1008