Tutulan erməni kəşfiyyatçı ilə bağlı tərəflərlə dialoq başladı


16:55     22 İyun 2017 image058.jpeg

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ötən gün Azərbaycan hərbçiləri tərəfindən saxlanılan erməni ilə bağlı tərəflərlə dialoqa başlayıb.


Femida.az xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, BQXK saxlanılan şəxsə baş çəkmək üçün aidiyyəti tərəflərlə ikitərəfli konfidensial dialoq aparır: "Münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmə beynəlxalq humanitar hüquq normalarına görə BQXK-nın mandatıdır".

Qeyd edək ki, İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.

Təxribat qrupunun bir üzvü, 1974-cü il təvəllüdlü Zaver Hovanis Karapetyan ələ keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 6089