Həbsxanada uşaq dünyaya gətirən qadına hökm oxundu


17:17     22 İyun 2017 image629.jpeg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xalidə Bəkirova, Gülşən Bəkirova və Zoya Nadirovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Bəkirova 8 il 6 ay, G.Bəkirova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Z.Nadirova isə 3 min manat məbləğində cərimə olunub.

Qeyd edək ki, hər üç qadın ötən il Bakıda yaşayış mənzillərindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinərkən Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, onlar Nərimanov rayon ərazisində bir mənzildən 12 min manat dəyərində qızıl zinət əşyaları oğurlayıblar. Z.Nadirova, X.Bəkirova və G.Bəkirova Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham olunublar. Z.Nadirova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, X.Bəkirova Bakı İstintaq Təcridxanasında bir neçə gün əvvəl uşaq dünyaya gətirib. Həmin körpəni məhkəmə keçirilən zala Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları gətirib.

Femida.az

Açar sözlər:

Oxunub: 3039