Əfqanıstanda partlayış - 15 ölü, 50 yaralı


17:35     22 İyun 2017 efqanistan%20qeza.jpg

Əfqanıstanın Ləşkərgah şəhərində baş vermiş partlayış nəticəsində 15 nəfər həlak olub.

Femida.az xəbər verir ki, partlayış şəhərdə bank şöbəsi yaxınlığında törədilib.

Helman əyalətinin qubernatorunun verdiyi məlumata görə, hadisə nəticəsində 50-yə yaxın adam müxtəlif bədən xəsarətləri alıb. Məlumata görə, xəsarət alanlar arasında həm hərbçilər, həm də dinc sakinlər var.

Hazırda hadisə yerində polis araşdırmalar aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 555