Bayram namazı nə vaxt qılınacaq? - QMİ aydınlıq gətirdi
19:51 22 İyun 2017
Azərbaycanda bayram namazı iyunun 26-da əsasən saat 09:00-da qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Femida.az-a verilən məlumata görə, ölkənin baş məscidi olan "Təzə Pir"də namaz QMİ sədri, şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə saat 09:00-da qılınacaq.
Saat 08:00-da isə QMİ sədrinin birinci müavini, müfti hacı Salman Musayevin iştirakı ilə Əjdərbəy məscidində namaz qılınacaq.
QMİ-dən o da bildirilib ki, bölgələrdə bayram namazının qılınacağı saat məscid rəhbərliyi tərəfindən müəyyənləşdirilir.
Qeyd edək ki, dünən QMİ ölkənin iki məscidində qılınacaq bayram namazının vaxtını açıqlayıb. Bundan sonra sosial şəbəkələrdə digər məscidlərdə bayram namazının vaxtının açıqlanmaması tənqid olunub, bununla bağlı geniş müzakirələr açılıb.
Femida.az
Oxunub: 1886
Oxşar xəbərlər
- Bayram günü rayona gedən qonşularının evini yardı - FOTO
- Bayram günlərində 16 mindən çox sərnişin daşınıb
- Bayram günləri yol qəzaları - 9 ölü, 45 yaralı
- Bayram günlərində 6 nəfər öldü, 32 nəfər xəsarət aldı
- Bayram gecəsi 12 nəfər tutuldu
- Bayram gecəsi həmyerlisini güllələdi - Sabirabadda
- Bayram günü özünü asdı
- Bayram günləri sürücülər postlarda istirahət edə biləcək
- Bayram günləri hava necə keçəcək? - XƏBƏRDARLIQ
- Bayram günlərində telefonlar borca görə bağlanmayacaq