Təlimlərimiz davam edir - VİDEO


21:22     22 İyun 2017 2a808baac482644f561af14e4d9e06ce.jpg

İyunun 19-da başlayan genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsinin videosu yayılıb.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Müasir ümumqoşun əməliyyatlarının tələblərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınmaqla qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif poliqonlar və təlim sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri icra olunub.



Femida.az

Açar sözlər:

Oxunub: 1431


Oxşar xəbərlər