DİM nümayəndələri Niderlandda təlimdə olub


23:30     22 İyun 2017 14981390294400841547_1000x669.jpeg

Dövlət İmtahan Mərkəzi (DİM) və Litva Dövlət Katibliyinin Avropa İttifaqının Tvinninq yardım aləti çərçivəsində birgə həyata keçirdiyi “Azərbaycanda dövlət qulluğu islahatlarının davam etdirilməsinə dəstək layihəsi” ilə əlaqədar DİM-in icraçı direktoru Vəfadar Misirovun rəhbərlik etdiyi nümayəndə heyəti bu il iyunun 12-dən 14-dək Belçika, iyunun 15-16-da isə Niderland Krallığında təlim səfərində olub.

DİM-dən Femida.az -a bildiriblər ki, Belçika Krallığı Federal Dövlət Qulluğu Departamentində keçirilən görüşdə Belçikada dövlət qulluğuna qəbul prosesi, namizədlərin qiymətləndirilməsində istifadə olunan metod və alətlər barədə məlumat əldə edilib, qulluğa qəbulun müsahibə mərhələsində istifadə olunan test, şifahi və yazılı tapşırıqlar nümunələr əsasında öyrənilib.

Avropa İttifaqının struktur bölmələrinə işçi qəbulunu həyata keçirən Avropa Kadr Seçilməsi İdarəsində (EPSO) keçirilən görüşdə EPSO tərəfindən kadr seçilməsi prosesində istifadə edilən alətlər öyrənilib və EPSO-nun elektron test sistemi ilə tanışlıq həyata keçirilib.

Niderlandda keçirilən görüşlərdə isə Niderland dövlət qulluğu sistemi və yüksək vəzifəli dövlət qulluqçularının seçilməsi qaydaları haqqında ətraflı məlumat əldə olunub, insan resurslarının idarə edilməsi, o cümlədən dövlət qulluqçularının seçilməsi zamanı rast gəlinən çətinliklər barədə müzakirələr aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 897