Mehriban Əliyeva şəhid ailəsinin kredit borcunu ödədi


00:20     23 İyun 2017 mehriban%20eliyeva16.jpg

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə aprel şəhidi Xaliq Əzizzadənin “Para" BOKT ASC-yə olan kredit borcu bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib.


Femida.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib. Onun sözlərinə görə, şəhid ailəsi ilə bağlı məsələ birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində idi.

“Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov şəhidin anası ilə danışdı və bildirdi ki, bütün şəhid ailələri, o cümlədən siz Mehriban xanım Əliyevanın diqqətindəsiniz. Anar Ələkbərov qeyd etdi ki, Mehriban xanım həmişə şəhid ailələrinə diqqətlə yanaşıb”.

Q.Paşayeva daha sonra şəhid ailəsi ilə birlikdə banka getdiklərini bildirib: “BOKT-da bütün borcların bağlanması barədə sənəd şəhid ailəsinə təqdim olundu”.

Qeyd edək ki, “Para" BOKT ASC kredit borcuna görə məhkəməyə müraciət etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 11884