26 cinayət “isti izlər”lə açılıb


01:55     23 İyun 2017 1369306655_polis20bolmesi20loqo20170112.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 99 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər tutulub.

Açar sözlər:

Oxunub: 902