Dünya əhalisinin sayı 11 milyard nəfərə çatacaq


02:22     23 İyun 2017 ehali.jpg

2050-ci ildə dünya əhalisinin sayı təxminən 10 milyard nəfərə çatacaq, daha 50 il sonra isə 11 milyardı ötəcək.


Femida.az RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu faktlar BMT-nin dərc olunmuş tədqiqatında əksini tapıb.

Hazırda planetimizdə 7,4 milyarda qədər insan yaşayır. Məlumatda, həmçinin bildirilir ki, proqnozlara əsasən, növbəti 13 ildə dünya əhalisi bir milyarddan bir qədər çox artaraq, 2030-cu ildə 8,6 milyard nəfərə çatacaq. Sonra 2050-ci ildə 9,8 milyard, 2100-cü ildə isə 11,2 milyard nəfərədək artacaq.

Qeyd olunur ki, Yer əhalisi əvvəllər olduğundan zəif templə çoxalacaq: on il əvvəl əhali artımı 1,24 faiz təşkil edirdi, indi isə artım 1,10 faizdir. 2050-ci ilədək əsas artım Hindistan, Nigeriya, Konqo, Pakistan, Efiopiya, Tanzaniya, ABŞ, Uqanda və İndoneziyada gözlənilir.

Açar sözlər:

Oxunub: 700