Bakıda qadını yük maşını vurub


13:14     23 İyun 2017 piyada1.jpg

Bakı sakinini yük maşını vurub.


Femida.az-ın xəbərinə görə, hadisə paytaxtın Pirallahı rayonu ərazisində baş verib. Məlumata görə, 1964-cü il təvəllüdlü Qafarova Rəna Ağaəli qızı Zirə yolunda yük maşını tərəfindən vurulub. Qadın yuxarı baldır sümüyünün açıq sınığı diaqnozu ilə 3 saylı kliniki şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 709