Tarlaya girən heyvanları güllələdi - Polis hadisə yerində


13:20     23 İyun 2017 2015-06-02-11-05-11azeri-polisi-liderxeber-640.jpg

Masallı sakini əkin sahəsinə girən heyvanları odlu silahla vurub.


Rayonun Kolatan kəndində yaşayan 1958-ci il təvəllüdlü Allahşükür Yaqub oğlu Məmmədovun noxud tarlasına iribuynuzlu heyvanlar girib. Tarla sahibi özünə məxsus tüfənglə heyvanlara atəş açıb. Nəticədə 4 iribuynuzlu heyvan yaralanıb.

Hadisə ilə bağlı 102 xidmətinə məlumat verilib. Polis əməkdaşları hadisə yerinə gəlib.

Fakt araşdırılır.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 2975


Oxşar xəbərlər