Ordumuzun şərəfinə yeni medal təsis olunur
14:56 23 İyun 2017
Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi şərəfinə xüsusi medal təsis olunur.
Femida.az-ın məlumatına görə, bununla bağlı prezidentin təqdimatı ilə “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavələr təklif edilib.
Layihəyə əsasən qanunun 2-ci maddəsinə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur. Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 30-da müzakirəyə çıxarılacaq.
Femida.az
Oxunub: 1229
Oxşar xəbərlər
- Ordumuzun snayperləri atışa çıxdı - FOTOLAR
- Ordumuzun itləri: Onlara erməni dili də öyrədiləcək – REPORTAJ (FOTO+VİDEO)
- Ordumuzun təlimindən FOTOLAR
- Ordumuzun təlimləri Ermənistanı silkələdi
- Ordumuzun genişmiqyaslı təlimləri başlayır
- Ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı təsis olunub
- Ordumuzun ermənilərə ağır zərbəsinin görüntüləri - VİDEO
- Ordumuzun100 illiyi əbədiləşdirilir
- Ordumuzun 8 itki verməsi iddialarına - Nazirlikdən cavab
- Ordumuzun təlimləri davam edir - FOTOLAR