“Dövlət qulluqçularının sayı 30 mindən çoxdur” - Məleykə Abbaszadə


15:03     23 İyun 2017 meleyke_abbaszade_045.jpg

Bu gün Azərbaycanda dövlət qulluqçularının sayı 30 123 nəfərdir və həmin dövlət qulluğu vəzifələrindən 22 713-ü inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrdir.


Femida.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, keçən dövr ərzində 6125 şəxs müsabiqədən keçərək dövlət qulluğu vəzifəsinə təyin edilib ki, bu da qeyd edilən təsnifatlara uyğun olaraq müəyyən edilən ümumi saya nisbətdə təqribən 27 faiz təşkil edir: "Müsabiqə əsasında vəzifəyə təyin edilən şəxslərin 80 faizi gənclərdir".

DİM sədri onu da qeyd edib ki, dövlət qulluğunda inzibati vəzifələrin ali- 3-cü təsnifatına uyğun olan 1200 vəzifə mövcuddur ki, bu da ümumi dövlət qulluğu vəzifələrinin 4 faizini təşkil edir.

M.Abbaszadə xatırladıb ki, artıq dövlət qulluğuna qəbul əvvəllər olduğu kimi inzibati vəzifələrin 5-7-ci təsnifatları üzrə yox, 1-7-ci təsnifatları üzrə aparılacaq: "Göründüyü kimi, artıq yüksək dövlət qulluğu vəzifələrinə kadrların seçilməsi mərkəz tərəfindən aparılacaq"

Femida.az

Açar sözlər:

Oxunub: 568